Bakıda beş uşaq atası olan aktyor İNTİHAR ETDİ
20
mar
2024
12:25
Bakıda aktyor intihar edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi “Zeytun savxozu” adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb.
Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.
Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qəbələdə dəhşətli cinayət: “Bacını fermaya gətir, yoxsa...”
Qəbələ rayonunda 2003-cü il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində münaqişə zamanı 1987-ci il təvəllüdlü həmkəndlisi Rəhimi (adlar şərti verilib – red.)...