Bakıda avtobus qəzaya uğrayıb - Yaralanan var
20
mar
2024
09:00
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Əsgərova Şəbnəm xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Şamaxıda turistləri daşıyan avtobusla bağlı ŞOK FAKT - Qəzalı vəziyyətdə imiş... - VİDEO - YENİLƏNİB
Şamaxıda turistləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı yeni dettalar üzə çıxıb. BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə baş verməzdən əvvəl avtobus...