Azərbaycanda müayinəyə gələn pasiyent NÖVBƏDƏ ÖLÜB

Azərbaycanda müayinəyə gələn pasiyent NÖVBƏDƏ ÖLÜB
Hadisə 5

1961-ci il təvəllüdlü Sara Nəcəfova Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli xəstəxanada nevroloq və qastereontoloq müayinəsindən keçib, MRT müayinəsi üçün göndəriş verilib.

BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Tibb müəssisəsində S.Nəcəfovanın qəfil halı pisləşib, ilkin təxirəsalınmaz tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S.Nəcəfova MRT müayinəsini gözləyərkən ondan əvvəl 1 nəfər olub ki, o da müayinədə olub.

S.Nəcəfovanın ölüm səbəbi təşrihdən sonra məlum olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər