Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB

Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB
Hadisə 8

Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alanların sayı 2-yə çatıb.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə zamanı Kürdəmir rayon sakini, 1999-cu il təvəllüdlü Əlövsət Abdullayevin də xəsarət aldığı məlum olub.

Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***18:31

Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza yolun 123-cü km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər