Bakıda yeniyetmə qız 12-ci mərtəbədən yıxıldı
10
mar
2024
13:53
Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.
14 yaşlı qız hadisə yerində dünyasını dəyişib.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Həbsdə olan generalın üzərinə həbs qoyulan əmlakları hərraca çıxarılıb, ailəsi şikayətçidir
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şixəliyevin ailə üzvləri məhkəməyə müraciət edib. BAKU.WS APA-ya istinadən x...