SİZİN REKLAM BURADA!
055 213 76 73


Dərnəgül Tikinti bazarındakı mağazalar Nərimanov rayonu, Valeh Mirsayadov küçəsini qeyri-qanuni zəbt edərək bazara çeviriblər.

Bu barədə BAKU.WS-ə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Onların sözlərinə ğörə, Əhməd Rəcəbli küçəsinə parelel olan həmin küçə orada yaşayan minlərlə sakinin Ziya Bünyadov küçəsinə çıxması üçün istifadə etdiyi əsas və yeganə yoldur.

Amma illərdir ərazidəki mağazalar yoldan anbar kimi istifadı edirlər. Nəticədə həmin ərazidə yaşayan sakinlərin gediş-gəlişi çətinləşib, həm də asfalt yol tamam dağllaraq yararsız vəziyyətə düşüb.

Sakinlər deyir ki, Əhməd Rəcəbli küçəsindəki avtomobil park yerləri pullu olduqdan sonra vəziyyət daha da çətinləşib. Mağazalara məxsus yükdaşıyan taksilər və yük maşınları da həmin küçədə dayandığndan nəinki avotomobillə, piyada gedib gəlmək çətinləşib. İrad bildirəndə isə mağazaların işçiləri və yük maşınlarının sürücüləri insanları təhqir edib hədə-qorxu gəlirlər.

Buna görə, dəfələrlə ərazidə yaşayan insanlarla mağazanıən işçiləri arasında dava da düşüb. Sakinlər iddia edirlər ki, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə dəfələrlə şikayət olunsa da, nəticəsi olmayıb.

BAKU.WS
QALEREYA