SİZİN REKLAM BURADA!
055 213 76 73



"Hazırda Şəmkir Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisə ilə əlaqədar araşdırma aparır”.

Bunu "Report”a açıqlamasında Şəmkir Təhsil Şöbəsinin İctimaiyytələ əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov bildirib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı yekun nəticə günün ikinic yarısında məlum olacaq və ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, vaxtı ilə M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləyən Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. 
 
BAKU.WS