21 yaşlı qızın oğurlanması ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirildi

21 yaşlı qızın oğurlanması ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirildi
Hadisə 150

Göyçay rayonunda 21 yaşlı qızın oğurlanaraq işgəncə verilməsi ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanmış cinayət işi 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsinə tövsif olunub.

Faktla bağlı şübhəli şəxs qismində saxlanılan Feyruz Əliyevin atası Mahmud Əliyev də istintaqa cəlb edilib.

Xatırladaq ki, hadisə fevralın 26-da Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Feyruz Əliyev atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək qonşuları olan 21 yaşlı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb.

Göyçay rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Oğlan ata-anası ilə birgə qızı saçından sürüyüb həyətlərinə gətirdi… - YENİLƏNİB - TƏFƏRRÜATLAR

Oğlan ata-anası ilə birgə qızı saçından sürüyüb həyətlərinə gətirdi… - YENİLƏNİB - TƏFƏRRÜATLAR

Baş Prokurorluq Göyçayda qızın qaçırılması ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilmişdir ki, f...

465 Hadisə 12:07 01 mart 2022

Son xəbərlər