Bodrumda Rusiya vətəndaşı olan ana və qızını öldürüb qayadan atdılar - FOTO

Bodrumda Rusiya vətəndaşı olan ana və qızını öldürüb qayadan atdılar - FOTO
Foto
Hadisə 2

Türkiyədə, Muğlanın Bodrum rayonunda ötən gün sıldırım ərazidə, yol kənarında tapılan cəsədlərin qətlə yetirilən Rusiya vətəndaşı İrina Dvizova (42) və onun 15 yaşlı qızı Dayana Dvizovaya aid olduğu müəyyən edilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, daşınmaz əmlak işi ilə məşğul olan İrina Dvizova və qızı Dayana Dvizova bir neçə gün əvvəl yoxa çıxıblar.

Ana və qızından xəbər ala bilməyən və itkin düşmüş şəxslər haqqında ərizə yazan qohumları dünən ikilinin Konacık məhəlləsində yaşadığı əraziyə gedib. Evə daxil olan zaman divanda qan görən yaxınları ana və qızın öldürülmüş ola biləcəyindən şübhələnərək yenidən Bodrum Rayon Polis Şöbəsinə müraciət ediblər.

Polislər təhlükəsizlik kameralarını araşdırıb. Ardınca evdən çıxan avtomobilin izi təqib edilib. Avtomobilin getdiyi İçmelerdə Tavşanburnu yolu ətrafında axtarışlar gücləndirilib.

Araşdırmalar nəticəsində yolun kənarındakı sıldırım yamacda bükülmüş iki cəsəd aşkar edilib. Aralarında təxminən 3 metr olan cəsədlər axtarış-xilasetmə qruplarının dəstəyi ilə olduqları yerdən çıxarılıb. Cəsədlər ilkin yarılma üçün Muğla Ədliyyə Tibb Qurumuna göndərilib.

Son xəbərlər