Bakıda 80 min manatlıq inşaat materialları oğurlayanlar saxlanılıb
15
noy
2023
11:04
Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
MTN mafiyasının müsadirə olunan milyonluq əmlakları - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən generalları və onların əməkdaşlarının dəyəri milyonlarla ölçülən əmlaklarınınn üzərinə həbs qoyulub....