SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, üç gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Nəsibə Canpolad qızı Əlizadə yenidən xəstəxanaya müraciət edib.

Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS