SİZİN REKLAM BURADA!
055 213 76 73


Balakəndə 64 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən şəhərində qeydə alınıb.

Balakən şəhər sakini, 1959-cu il təvəllüdlü Hürü Camal qızı Əmiraslanovanın sirkə turşusu içərək zəhərləndiyi bildirilir.

64 yaşlı qadın zəhərlənmədən yaşadığı ünvanda dünyasını dəyişib.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS