SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.

Bu barədə BAKU.WS-ə onun yaxını məlumat verib.

Bildirilib ki, saytımızın yaydığı məlumatı görən bir nəfər şəxs azyaşlını Bakı metrosunun "Nizami" stansiyası yaxınlığında gördüyünü deyib. Daha sonra Ömərin atasına video zəng edərək oğlunu göstərib, atası gələnə qədər Ömərin yanında dayanıb.

***11:51

Sumqayıtda 13 yaşlı yeniyetmə itkin düşüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, 13 yaşlı Ömər Yaqubov 6 gün öncə Stansiya Sumqayıt adlanan ərazidə itib. 

O, eşitmə və nitq qüsurludur, üstəlik yaddaş zəifliyi də var deyə istəsə belə evin yolunu tapa bilməz. 

Qeyd edək ki, oğlanın yaxınları bu barədə polisə məlumat verib. Görənlərdən 050-751-68-99 nəmrəsi ilə əlaqə saxlamağı xahiş olunur.

BAKU.WS
QALEREYA