SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaxınlıqdakı nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Chevrolet Cruze” markalı minik avtomobilinin yanar hissələri və “Toyota Corolla” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

Yaxınlıqdakı park vəziyyətində olan digər avtomobillər yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO