SİZİN REKLAM BURADA!
055 213 76 73


Həkim Elgün Səmədov M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi təyin olunub.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
 
Yeni baş həkim artıq səlahiyyətlərinin icrasına başlayıb.
 
Qeyd edək ki, E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. Bundan əvvəl müxtəlif dövlət və özəl tibb müəssisələrində işləyib.


 
BAKU.WS