SİZİN REKLAM BURADA!
055 213 76 73


Müdafiə Nazirliyi oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlunun vəfat etdiyini təsdiqləyib.

Bu barədə "report"a nazirlikdən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.

***17:39
Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb.
Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.

 
BAKU.WS