SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Rafiq Əzimov paytaxt mağazalarından birində satılan balığın keyfiyyətindən narazı qalıb. 
 
BAKU.WS RePost.az-a istinadən xəbər verir ki, Rafiq Əzimov Yasamal rayonu Zahid Xəlilov küçəsində, 53 nömrəli orta məktəblə üzbəüz yerləşən mağazada satılan balığın keyfiyyətindən şikayət edib. Aktyor balığın pis qoxu verdiyini bildirib. 
 
"Camaata kanalizasiya suyunda yetişdirdiyiniz balığı satırsız. İnsanları zəhərləyirsiz. Adam belə pul qazanmaz. 1 manat qazanın, amma kişi kimi, təmiz yolla qazanın. Özünüz yaxşı bilirsiz nəyi deyirəm”, - deyə Rafiq Əzimov mağazanın satıcılarına iradını sərt bildirib. 
 
Qeyd edək ki, mağazada kənd təsərrüfatı məhsulları, toyuq və balıq satılır. Rafiq Əzimov mağazanın müştərilərindəndir.