SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabadda ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili "Hyundai" markalı avtomobillə toqquşub.

Nəticədə 1975-ci il təvəllüdlü Ceyhun Nəcəfov, 2002-ci il təvəllüdlü Cavid Əsgərov və 1989-cu il təvəllüdlü Davud Həsənov xəsarət alıb. Daha bir nəfərə isə yerində tibbi yardım göstərilib..

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA