Bakıda moped sürücüsünü hədələyən şəxs saxlanıldı - VİDEO

Bakıda moped sürücüsünü hədələyən şəxs saxlanıldı - VİDEO
Video
Hadisə 3

Bakıda moped sürücüsü hədələnib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrə məlumat yayılıb.

Belə ki, “KIA Optima” markalı 90-HJ-989 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtda qayda pozub.

Moped sürücüsü ona irad bildirib. Nəticədə həmin şəxs onu bıçaqla hədələyərək deyib ki, bıçağı soxub, ciyərini çıxardaram sənin. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, polis əməkdaşları tərəfindən əməli törədən N.Vəliyev müəyyən olunaraq saxlanılıb.

İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər