Aeroport yolunda qəza - Avtomobil yol kənarında dayanmış polis maşınına çırpıldı - VİDEO

Aeroport yolunda qəza - Avtomobil yol kənarında dayanmış polis maşınına çırpıldı - VİDEO
Video
Hadisə 4

Ötən gün Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza hadisəsi baş verib.

BAKU.WS-ə daxil olan məlumata görə, hadisə Aeroport yolunun Zağulba ərazisindən keçən hissəsində qeydə alınıb.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Zağulba istiqamətində yol polisinin xidməti avtomobili yol kənarında dayanan zaman digər maşın ona çırpılıb:

"Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da maşına ciddi maddi ziyan dəyib. Bununla bağlı araşdırma aparılır və lazımi işlər görülür".

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər