SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad Rayon Məhkəməsinin binasında hakim Elxan Əmirəliyevlə mübahisə edən şəxs həbs olunub.

BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, Cəlilabad rayonu, Muğan kəndində doğulmuş 1991-ci il təvəllüdlü Zabil (ad şərti) tanışı Raci adlı şəxsin iddiasına hakim Elxan Əmirəliyev tərəfindən imtina verildiyi üçün məhkəməyə gedib.

O, Elxan Əmirəliyevin köməkçisinə bildirib ki, qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətinə görə iddiadan imtina edilə bilməz. Köməkçi isə ondan çölə çıxmağı tələb edib. Zabil buna etiraz edərək bildirib ki, otağı onlara dövlət verib, məhkəmə özəl yer deyil. Həmin vaxtı səsə hakim çıxıb və Zabilə bildirib ki, gedib dəftərxanaya müraciət etsin. Bu zaman Zabil hakimdən “vətəndaşları niyə süründürürsünüz?” deyə sorşub.
Məhkəmə iclasında Elxan Əmirəliyevin köməkçisi bildirib ki, Zabil onların iş otağına daxil olaraq, özünü media nümayəndəsi kimi təqdim edib və yüksək səslə hakim Elxan Əmirəliyevin ünvanına fikirlər səsləndirib.

Təqsirləndirilən şəxs hakimi cəzalandırlacağını yüksək səslə bildirib. Həmin vaxt məhkəmə inzibati binasında proseslərlə bağlı gəlmiş digər şəxslər də olublar. Məhkəmənin iş rejimi 30 dəqiqədən çox pozulub. Nəhayət hakim otağından çıxaraq səs-küyün dayandırılmasını tələb etsə də, Zabil buna məhəl qoymayıb və nəticədə hakim mühafizənin dəvət edilməsini və hadisənin aktlaşdırılmasını tapşırıb.

Məhkəmənin qərarı ilə Zabil İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 12 gün müddətinə inzibati qaydada həbs edilib.

BAKU.WS