SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğunun məlumatında deyilir.

Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.


Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

***19:32

Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlunun xəsarətinin olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.

Araşdırma aparılır.

BAKU.WS