SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 24-ü saat 19 radələrində Bərdə rayonunda yerləşən evlərdən birində 1988-ci il təvəllüdlü Vəfa Həsənovanın ölməsi, onun yetkinlik yaşına çatmayan qızı Ulduz Abbasovanın isə xəsarət almasına dair rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırma zamanı 1986-cı il təvəllüdlü Həsən Həsənovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək bacısı Vəfa Həsənovanı öldürməsi, Ulduz Abbasovanı isə yaralamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Həsən Həsənov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***20:00

İyunun 24-də saat 19 radələrində Bərdə rayonunda evlərin birində 1988-ci təvəllüdlü Həsənova Vəfa Nurəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qardaşı 1986-cı il təvəllüdlü Həsənov Həsən Nurəddin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

BAKU.WS