200-dən artıq iş axtaran insanın pulunu ələ keçirən şəxs tutuldu - Polisdən MÜRACİƏT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif edən və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, DİN-ə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanun pozuntularını törətməkdə şübhəli bilinən Səraslan Bəşirov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirib.
Səraslan Bəşirov işlə bağlı onunla əlaqə saxlayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.
Qeyd edək ki, Səraslan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkar edilən faktlarla bağlı araşdırmalara başlanılıb və Səraslan Bəşirov tutularaq məsuliyyətə cəlb edilib.
"Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda bildirilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...