Keçmiş idmançı, narkoman, taksi sürücüsü... - Tahirin qətlinin bəzi məqamları ortaya çıxıb
08
iyn
2019
10:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda iyunun 5-də 41 yaşlı Tahir Babayevin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı detallar əldə edilib.Məlum olub ki, qətlə yetirilən 1978-ci il təvəlüdlü Babayev Tahir Gülmurad oğlu idmançı olub. Amma o, bir müddət sonra idmanı buraxaraq narkotik vasitələrə qurşanıb. Hətta T.Babayev məhkumluq həyatı da yaşayıb. Həbsxanadan çıxdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olub.Hadisə baş verən gün o, iş başında olubmuş. Müştərilərdən birinin telefonu onun avtomobilində qalıb. Qətlin də elə bu səbəbdən törədildiyi ilə bağlı fikirlər səslənir. Həmin gün gecə saatlarında Tahiri bir qrup şəxs söhbətə çağırıb. İyunun 5-də gecə təxminən saat 1 radələrində bir neçə kafenin bağlı olduğunu görən şəxslər 11-ci mikrorayonda yerləşən "Xanə" kafesinə gediblər. Tərəflər arasında mübahisə elə sözügedən kafenin qarşısında başlayıb.Keçmiş idmançını mübahisəyə çağıranın bir nəfər deyil, bir neçə nəfər olduğu bildirilir. Mübahisə sonda davaya çevrilib. Nəticədə T.Babayev 18 bıçaq zərbəsiylə qətlə yetirilib.Artıq hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtda kafe qarşısında qətl
Sumqayıt sakini bıçaqlanaraq qətlə yetirilib.Şəhər Prokurorluğundan bildirilib ki, hadisə iyunun 5-də gecə saatlarında şəhərin 11-ci mikrorayonunda yerləşən “Xa...