SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Salyan rayonunda qətl hadisəsi baş verib. 

"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb. 

Belə ki, ailə-məişət münaqişəsi zəmnində həmin kəndin sakini, 17 yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın ürək nahiyəsindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.
 
Bacısını qətlə yetirdikdən sonra Əkbər Əsədov Salyan rayon Polis şöbəsinə gələrək könüllü surətdə bıçaqla birlikdə özünü təslim edib.

Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS