SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəydə kafedə dava olub, cinayət işi açılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib. 

Qeyd edək ki, avqustun 25-də saat 11 radələrində Gədəbəy rayonu Qalakəndkənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

BAKU.WS