SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında qeydə alınıb.

Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

BAKU.WS