SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Mikayıl Əliyev küçəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Kia” markalı avtomobilin sürücüsü yolun əks tərəfinə keçmək istəyən 1960-cı il təvəllüdlü Natalya Armı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. “Kia” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Meyit morqa yerləşdirilib. Fakt üzrə araşdırma aparılır.

BAKU.WS