Yasamalda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

Yasamalda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO
Foto Video
Hadisə 202

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 19 mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən üçotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin mənzildəki vətəndaşların təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində ümumi sahəsi 112 kvadratmetr olan mənzilin mətbəxində 8 poqonometr mətbəx mebeli yanıb, yüksək temperaturdan mətbəx avadanlıqları və mətbəxin qapı-pəncərəsi deformasiya edib. Mənzilin böyük hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

***12:17

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Həsən bəy Zərdabi 84 ünvanında yerləşən yaşayış binasında, 3-cü mərtəbədəki mənzildə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb edilib. Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

Sakinlər təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Son xəbərlər