SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəlbəcərdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edən baş əsgər Emin Əliyev dəfn edilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, 22 iyul 2023-cü il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobili Kəlbəcərdə qəzaya uğrayıb.

Qəza nəticəsində baş əsgər Emin Eldəniz oğlu Əliyev vəfat edib, leytenant Əli İlyas oğlu Hüseynov isə müxtəlif dərəcəli xəsarətləri alıb.

BAKU.WS
VİDEO