SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qırmızı işıqda keçən sürücü qəza törədib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı avtomobillərdən birinin vurduğu işıqfor yararsız vəziyyətə düşüb.

“Problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”, - məlumatda qeyd olunub.

BAKU.WS
VİDEO