VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki avtomobilin yolayrıcında toqquşması ilə nəticələnən qəza anı kameraya düşüb.

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov və Səməd Vurğun küçələrinin kəsişməsində baş verib.

Qəzaya səbəb Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında keçməsi olub.

Belə ki, Hənifə Ələsgərov küçəsindən Səməd Vurğun küçəsinə çıxan digər "Mercedes" sürücüsü qarşısına çıxan eyni markalı avtomobilə dəyib.

Qeyd edək ki, hər iki avtomobil taksi fəaliyyəti ilə məşğul olur.

BAKU.WS
VİDEO