SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elçin İsmayıl oğlu Osmanova tanışı Bakı şəhər sakini Rauf Abbas oğlu Yusifov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman, orada olan siqaret qutusunun içərisində gizlədilmiş 2 ədəd kağız bükülüdə ümumi çəkisi 0,392 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,204 qram olan narkotik maddə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS