SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nərimanov rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb.

Sürücülərin verdiyi məlumata görə, prospektin "Koroğlu" metrosu istiqamətinə gedən hissəsində tuneldə iki avtomobil toqquşub.

Daha sonra 7 avtomobil ardıcıl zəncirvari şəkildə bir-birinə dəyib.

Qəza zamanı “Opel” markalı maşının sərnişini və “BYD” markalı avtomobilin sürücüsü Balakişi Hüseynov ağır bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım maşını gəlib. Yaralılar xəstəxanaya çatdırılıb.

Bu vaxt prospektdə hər üç zolaqda qəzaya uğramış avtomobillər olduğundan tıxac yaranıb.

Əraziyə Yol Patul Xidmətinin və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

BAKU.WS
QALEREYA