SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə yük maşını yanıb, sürücü xəsarət alıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Kiçik Dəhnə kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS