VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən Bakının Sabunçu rayonu ərazisində 26 yaşlı qadının həyat yoldaşını bıçaqlayaraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Gülər Mirzəyevanın həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bir bıçaq xəsarəti ilə qətlə yetirməsi faktına görə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. G.Mirzəyeva tutulub.
 
Bildirilir ki, gənc cütlük bir neçə il əvvəl ailə həyati qurub. Ali təhsilli olan Gülər 2 il əvvəl ana olub. Lakin yeni doğulan övlad da ailəyə xoşbəxtlik gətirməyib. Gülərlə Şəmsi tez-tez adi məişət məsələləri üstündə dalaşırlarmış. Ümumiyyətlə qohumları onların xasiyyətlərinin bir-birinə uyğunlaşmadığını, bir-birlərindən narazı olduqlarını bildiriblər. Dünən səhər saatlarında növbəti dəfə ərlə arvad mübahisə edib və əsəblərinə hakim ola bilməyən G.Mirzəyeva mətbəxdən götürdüyü bıçaqla ərinə bir zərbə endirib.
 
Araşdırmalar davam etdirilir.
 
BAKU.WS