SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində avtomobil qəzası nəticəsində ağır xəsarət alan şəxs bir gün sonra xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan, 1984-cü il təvəllüdlü Vahid Salahov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil qəzasında daha bir nəfər, 1975-ci il təvəllüdlü Bayram Bağırov da xəsarət alıb. Onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS