190 manata qarpız alan bloger və qardaşı peşman oldu - VİDEO

190 manatlıq birdəfəlik ödəməni alaraq onu xoşagəlməz şəkildə istifadə edən qardaşlar peşman olduqlarını bildiriblər.
BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, onların bununla bağlı videosu sosial şəbəkələrdə yayılıb. Ruslan və Coşqun Quliyevlər bildiriblər ki, dövlətin onlara verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etmədiklərini sonradan başa düşüblər:
“Qardaşımla birlikdə 190 manat haqqında bir video çəkmişdim və bu, insanlarda qıcıq yaratmışdı. Sonradan başa düşdüm ki, dövlətin mənə verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etməmişəm, bu səbəbdən etdiyim əməldən peşmanam”.
Qeyd edək ki, 23 yaşlı Ruslan Quliyev yutuberdir və 260 mindən yuxarı abunəsi var. O, qardaşı ilə birlikdə onlara verilmiş 190 manatlıq birdəfəlik ödənişə qarpız aldıqdan sonra hamısını qıraraq video çəkib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən qınanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...
