19 yaşlı qızına işgəncə verən ata Türkiyədə etirazlara səbəb oldu - VİDEO
09
okt
2019
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə bir atanın gənc qızına işgəncə verməsi böyük etirazlara səbəb olub.BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, olay İstanbul şəhərində baş verib.Taksimdə bir kişi 19 yaşlı qızını vəhşicəsinə döyüb. O, qızını yatağa uzadıb. Onu yumruqla vurur və onu boğur.Qız isə öz növbəsində qışqırır və kömək istəyir.Bu video hələlik kimliyi bilinməyən şəxs tərəfindən çəkilib və sosial şəbəkələrdə paylaşılıb.Həmin görüntülər yayıldıqdan sonra sosial şəbəkələrdə böyük etirazlar başlayıb. Sadə vətəndaşlardan tanınmış insanlara qədər hər kəs bu əməli pisləyib.Tanınmış simalardan olan müğənni Haluk Levent də “twitter”də məsələyə münasibət bildirib. O, gənc qıza kömək edəcəyini, vəhşi atanın cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirib.
Oxşar xəbərlər
Gənc qızın Bakı bulvarında etdiyi hərəkətlər müzakirələrə səbəb oldu – VİDEO
Gənc qızın Bakı bulvarında küləkli havada etdiyi hərəkətlər böyük müzakirələrə səbəb olub.BAKU.WS xəbər verir ki, gənc qız güclü külək olmasına baxmayaraq dəniz...