19 yaşlı qız Mingəçevir qəbiristanlığında evli sevgilisini bıçaqlayıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə gənc qız sosial şəbəkədə tanış olduğu şəxsi bıçaqlayıb.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə Mingəçevir kənd qəbiristanlığının ərazisində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Tünzalə Eyvazova Şəvəndiyev Nizami Qasım oğlu ilə sevgili olublar. Aralarında soyuqluq yarandığı üçün qız münasibətləri aydınlaşdırmaq məqsədilə onu qəbiristanlığa çağırıb. T.Eyvazova sevgilisinə xəsarət yetirib.
Qeyd edək ki, kişi evli olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, məsələ barədə məhkəmə tibbi ekspertizası təyin olunub:
“Hadisəni törədən şəxs saxlanılaraq izahatı alınıb və istintaq bölməsində araşdırmalar davam etdirilir”.
Faktla bağlı araşdırma aparılır.
***10:20
Mingəçevirdə 19 yaşlı qız kişini bıçaqlayıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə iyulun 26-da Mingəçevir kənd qəbiristanlığı ərazisində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Eyvazova Tünzalə Ariz qızı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəbiristanlığı ərazisində bıçaqla Şəvəndiyev Nizami Qasım oğlunun qarın boşluğuna bıçaqla xəsarət yetirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda baş verən dəhşətli qətl - sərxoş halda yataq otağına girib... - VİDEO
2017-ci il noyabrın 7-də DİN "102" xidmətindən Sabunçu RPİ 12-ci PŞ-nə inzibati ərazidə qətl baş verməsi barədə məlumat verilib. BAKU.WS BAKU.TV-yə istinadən xə...