Azərbaycanda güclü külək məktəbin damını uçurub - VİDEO

İsmayıllıda ötən günün ikinci yarısından başlayan külək sonradan güclənib.
Nəticədə Aşıqbayramlı kənd orta məktəbinin dam örtüyünün bir hissəsini uçurub.
BAKU.WS xəbər verir ki, bu barədə trend-ə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib. Yaxın müddətdə lazım olan işlər görüləcək. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda məktəbdə tədris davam etdirilir.
Qeyd edək ki, ötən gün Ağdam, Göyçayda 28 m/s, İsmayıllıda 24 m/s, Zaqatala, Naxçıvan, Cəfərxanda, Tovuz, Zərdabda 20 m/s, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 m/s, Sabirabadda 17 m/s, Beyləqanda 16 m/s-dək güclənən külək əsib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
