"BakuBus" avtobusunu daşladılar

30
may
2023
15:26
Bakının Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Kənar Dairəvi yol 8-in qarşısında naməlum şəxs “BakuBus” MMC-yə məxsus olan və 211 saylı xətt üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusun şüşəsini daşla sındırıb.
Daha sonra həmin şəxs hadisə yerindən uzaqlaşıb. Xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edilib.
Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Bakıda biznesmeni maşınında GÜLLƏLƏDİ: Rəşad Dağlının dostunun CİNAYƏT İŞİ
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib. Faktla bağlı Yasamal rayon prokuror...
