Elxan Qasımov dəfn olundu - FOTO/VİDEO

Elxan Qasımov dəfn olundu - FOTO/VİDEO
Foto Video
Hadisə 663

Əməkdar artist Elxan Qasımov dəfn olunub.

BAKU.WS xəbər verir ki, mərhum Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

***11:19

Ötən gün Əməkdar artist Elxan Qasımov dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, hazırda tanınmış kinorejissorla "Azərbaycanfilm" kinostudiyasında vida mərasimi keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları və tanınmış sənət dostları iştirak edirlər.

Xatırladaq ki, "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

Elxan Qasımov kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti" adına layiq görülüb.

Son xəbərlər