VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna İdman Nazirliyi xaricdən qayıtmayan 236 idmançını fərari hesab edərək "qara siyahı"ya salıb.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, onlar idman yarışı başa çatdıqdan sonra Ukrayna ərazisinə qayıtma vaxtı ilə bağlı öhdəlikləri pozublar.

Siyahıya Ukrayna millisinin sabiq futbolçusu, AEK (Larnaka) klubunun hücumçusu Artem Qromov, "Zirə"nin hücumçusu Vladislav Kulaç, basketbolçular Andrey Kojemyakin və Aleksandr Kobets də daxil edilib.

Siyahıda Ukrayna millisinin heyətində çıxış etmiş xokkeyçilər Dmitri Nimenko, Filipp Panqelov-Yuldaşev və Yevgeni Fadeyev də var.

Ölkədə 2022-ci il fevralın 24-də hərbi vəziyyət tətbiq edilib və hərbi xidmət keçməli olan kişilərin Ukraynadan çıxması qadağan edilib.

2022-ci ilin may ayında idmançılara və məşqçilərə xaricə getməyə icazə verilib. Amma onlar xaricdə davamlı olaraq 30 gündən çox, lakin idman tədbirinin müddətindən az olmayaraq qala bilərlər. İdmançılar əvvəlki yarış bitdikdən sonra başqa tədbirdə iştirak edərsə, xaricdə qalma müddəti uzadıla bilər.

BAKU.WS