VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşağın meyiti tapılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, mayın 24-də Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bir müddət əvvəl azyaşlının meyiti batdığı yerdən 10 kilometr aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.

***22:12

Kür çayında çimərkən batan 13 yaşlı Şirvan sakini Yusif İsgəndərovun axtarışları davam edir.

Qeyd edək ki, hadisə Yusifin mayın 24-də dostları ilə birgə çayda çimməyə gedərkən baş verib.

Hadisə şahidi olan Rəhim Həsənli bildirib ki, Yusif çayda olarkən ayağı yerə çatmadığı üçün ona yardım etmək istəyib:

“Çaydan kənara çıxarkən Yusifin digər tayda boğulduğunu gördüm”.

Daha ətraflı BAKU.TV-nin süjetində:

BAKU.WS
VİDEO