SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hacı Beyləqanski" ləqəbli kriminal avtoritet kimi tanınan Hacıbaba Talıbxanlı cəza çəkdiyi Voronej şəhərindən Moskvaya gətirilib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, o, daha bir cinayətdə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılacaq.

Rusiya İstintaq Komitəsinin Moskva şəhər üzrə rəsmisi Yulia İvanovanın bildirdiyinə görə, onun haqqında cinayət işi ötən ilin noyabrın 9-da qaldırılıb. İstintaq hərəkətləri zamanı Beyləqanskinin əməlləri sübut olunub.

Xatırladaq ki, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri kimi tanınır. O, bir neçə qətldə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib. 

BAKU.WS