SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə 22.05.2023-cü il tarixində tənəffüs zamanı sanitar qovşaqda iki qız şagird mübahisə və münaqişə ediblər.

Bu barədə BAKU.WS-ə 233 nömrəli tam orta məktəbdən məlumat verilib.

Münaqişə zamanı bir şagird digərinə yüngül xəsarət yetirib.

Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, şagirdlərlə və hər iki şagirdin valideynləri ilə müvafiq söhbət aparılıb.

*** 12:58

Paytaxtın Lökbatan qəsəbəsində, 233 saylı orta məktəbin 8B sinif şagirdi A.Əliyeva (Ad şərtidir - red.) döyülüb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə mayın 22-də baş verib.

Bu barədə saytımıza danışan şagirdin valideyni Mələk Hüseynovanın sözlərinə görə, qızı digər məktəblilər tərəfindən təzyiqlərə məruz qalıb. Daha sonra onu məktəbin tualetində sıxışdıraraq döyüblər. 

Valideyn bildirir ki, hadisə ilə bağlı polisə məlumat verilib.

Baş verənlərlə əlaqədar sözügedən məktəblə əlaqə saxladıq. Suallarımızı cavablandıran katibə söylədi ki, hadisədən xəbərdardırlar. Lakin direktor və müavinləri tədbirdə olduğundan ətraflı məlumat verə biləcək heç kəs yoxdur.

Daha sonra Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.  

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, məsələ ilə bağlı digər məktəbli valideynləri ilə birgə polis orqanına dəvət edilib:

"Hadisə ilə bağlı hazırda Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək". 

Sözügedən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO

QALEREYA