SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə keçirilən toy zamanı bəy gəlinin yanında olmayıb.

BAKU.WS
-in məlumatına görə, hadisə Hakkari vilayətində baş tutub.

Əsgərlikdə xidmət çəkən 25 yaşlı çavuş Ahmet Karavelioğlu xidmətdə olduğu üçün toyuna gələ bilməyib.

Bəyin atası Hamza Karavelioğlu toyun oğlu olmadan davam etməsinə razılıq verib. Hamza kişi ölkəsinin sülh içində yaşamasını arzu edib: "Ən xoşbəxt günündə oğlum yanımda yox. Oğlum toy tarixinin dəqiqləşməsinə və dəvətnamələr paylanılmasına baxmayaraq, Hakkaridə avtomobil yolunun etibarlı olmaması səbəbindən mərasimə qatılmayıb. Terror bəlasının Türkiyə Cümhuriyyətinin ərazisindən getməsini istəyirəm”.


Bəyə aid stulun boş qaldığı toy mərasimində gəlin həyat yoldaşının şəkilini qucağına alaraq göz yaşı töküb.
 
Ziya Səccad
BAKU.WS