SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə BAKU.WS-ə Kliniki Tibbi Mərkəzdən bildirilib. Qeyd edilib ki, Qobustanda baş verən yol qəzasında xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Xası qızı Nuriyeva mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib:

“Yaralı sol mil-bilək nahiyəsinin qapalı yerdəyişmiş sınığı diaqnozu ilə şöbəyə daxil olub, lazımi ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir, huşu aydındır. Xəstəyə zəruri tibbi yardımın göstərilməsi davam etdirilir”.

***10:55

Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***09:51

Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə zamanı KIA markalı avtomobil aşıb.

Qəza nəticəsində iki qadın, iki kişi və bir uşaq həlak olublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində biri azyaşlı olmaqla beş nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO